Britaniya Parlamenti Kemeronu Liviyaya görə məsuliyyətə cəlb edib

14-09-2016, 17:46
0
Britaniya Parlamenti Kemeronu Liviyaya görə məsuliyyətə cəlb edib
Böyük Britaniya cmalar Palatasının Xarici İşlər üzrə Komissiyası sabiq hökümət rəhbərini Devid Kemeronu  Liviyada Müammar Qəddafi rejiminə qarşı qanunsuz hərbi əməliyyatların keçirilməsində, eləcə də əməliyyatlar nəticəsində ölkədə yaranmış ciddi böhranda itttiham edib.
 
Bu barədə "Reuters" agentliyi yazıb.
 
Komisiyanın rəsmi sənədində bildirilir ki, 2011-ci ildə Devid Kemeronun razılığı ilə  Liviyada  keçirilən hərbi əməliyyatlar faktiki olaraq ölkənin dağılmasına gətirib çıxarıb. 
 
Həmçinin sənəddə qeyd olunur ki, Kemeron hərbi müdaxilə barədə qərarın qəbulunda həlledici rol oynayıb və Liviyada baş vermiş siyasi böhranın yaranmasında birbaşa məsuliyyət daşıyır.
скачать dle 12.1
Xəbər lenti