Rusiya Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxıb
17-09-2016, 15:59
0
Rusiya Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxıb
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ankaraya səfəri zamanı Türkiyə ordusunun Suriyadakı əməliyyatının qanunsuz olduğunu bildirib.
Məlumatına görə bu barədə "İnterfaks" agentliyi hərbi-diplomatik dairələrdəki mənbəyə istinadən yazıb.
Məlumatda bildirilir ki, görüş zamanı Valeri Gerasimov Türkiyə Baş Qərargahının rəisi general Hulusi Akara Suriyada türk ordusunun hüzurunu qeyri-liqitim adlandıraraq, bu əməliyyatın çoxlu siyasi risklər daşıdığını deyib.
Qeyd edək ki, avqust ayının 24-ü Türkiyə Silahlı Qüvvələri Suriyada hərbi əməliyyata başlayıb.
скачать dle 12.1