Jurnalistin qucağında uşaq olan miqranta badalağı dünyanı ayağa qaldırdı - VİDEO
9-09-2015, 17:55
0
Jurnalistin qucağında uşaq olan miqranta badalağı dünyanı ayağa qaldırdı - VİDEO
iki qaçqın uşağa təpik atan, qucağında uşaq olan kişiyə isə badalaq verən Macarıstan Milli kanalının operatoru artıq işdən çıxarılıb.
Kadrlardan görünür ki, N1TV kanalının əməkdaşı Petra Laslo (Petra László) polisdən qaçan qaçqınları çəkərkən yaxınlığında qucağında körpə olan kişi qaçır. Bu zaman Laslo ona badalaq verir. Kişi yerdən qalxaraq hələ də çəkiliş aparan jurnalistə acıqla nəsə deyir.
20 saniyəlik videoyazı almaniyanın RTL telekanalının repartyoru Ştefan Rixter (Stephan Richter) tərəfindən lentəə alınaraq Tvitterdə paylaşılır və tezliklə bütün sosial şəbəkələrdə yayımlanır. Bundan sonra Facebookda «Petra Laslonun ruüsvayçılıq divarı» («The Petra László Wall of Shame») adlıqrup yaradılıb.
Qeyd edək ki, Macarıstanın Index xəbər saytı Laslonun iki azyaşlı qaçqına təpik atmasının əks etdirən kadrları yayımlayıb.
N1TV artıq Leslinin davranışına görə qovulduğunu bildirib.
Qeyd edək ki, Lesli həmçinin ultra sağçı «Yobbik» partiyası ilə sıx əlaqədə idi.
скачать dle 12.1