Əsəd: "ABŞ əsgərlərimizi qəsdən bombalayıb"
22-09-2016, 17:42
0
Əsəd: "ABŞ əsgərlərimizi qəsdən bombalayıb"
Bəşşar Əsəd "Associated Press" agentliyinə müsahibə verərkən bildirib ki, ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiya Qüvvələrinə məxsus qırıcı təyyarələri ordumuzun əsgərlərini qəsdən bombalayıb.
Onun sözlərinə görə, Suriya hərbçilərinə aviazərbələr təxminən 1 saat davam edib.
"Bu, bir təyyarənin təsadüfi insidenti deyil. Ordumuzun mövqelərini 4 qırıcı təyyarə təxminən 1 saata yaxın dayanmadan bombalayıb. Bir saatdan çox səhv etmək mümkün deyilr", - deyə o, bildirib.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Deyr əz-Zor şəhərində Koalisiyanın Suriya ordusunun mövqelərinə endirdiyi aviazərbələr nəticəsində təxminən 83 nəfər ölüb.
скачать dle 12.1