İspaniya DİN-i: "İŞİD sosial şəbəkələr vasitəsilə 30 min tərəfdar toplayıb"

19-10-2016, 00:56
0
İspaniya DİN-i: "İŞİD sosial şəbəkələr vasitəsilə 30 min tərəfdar toplayıb"
İspaniyanın təhlükəsizliyi üzrə dövlət katibi Fransisko Martines informasiya təhlükəsizliyinə həsr edilmiş beynəlxalq toplatında bildirib ki, İŞİD terror təşkilatı internetdəki sosial şəbəkələr vasitəsilə öz sıralarına 30 mindən artıq əcnəbini cəlb edə bilib.
 
Bu barədə İspaniya DİN-nin rəsmi saytında yazılıb.
 
Fransiskonun sözlərinə görə, terrorçuların sosial şəbəkələrindəki fəaliyyət zirvəsi 2015-ci ilə təsadüf edir. 
 
Həmçinin o, qeyd edib ki, hazırda İŞİD-çilərin internet fəallığı xeyli zəifləyib.
 
Qeyd edək ki, cəlb olunan əcnəbilər Suriya və İraqda gedən döyüşlərə göndərilirdi.
скачать dle 12.1
Xəbər lenti