Rusiya Ukrayna ilə sərhəddə nəhəng hərbi baza tikir
10-09-2015, 18:26
0
Rusiya Ukrayna ilə sərhəddə nəhəng hərbi baza tikir
Rusiya Ukrayna ilə sərhəddə hərbi bazanın tikintisinə başlayır.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın dövlət qulluğu portalında bununla bağlı tender elan olunub.
Bildirilir ki, 300 hektarlıq ərazini əhatə edəcək hərbi bazada 3,5 min hərbi qulluqçu üçün 9 yaşayış məntəqəsi tikiləcək.
Rusiya Müdafiə Nazirliyindən isə məsələ ilə bağlı hələlik heç bir şərh verilməyib.
скачать dle 12.1