Kreml Trampın müşavirilə görüşməkdən imtina edib
8-12-2016, 15:44
0
Kreml Trampın müşavirilə görüşməkdən imtina edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının administrasiyasının əməkdaşlarının Moskvaya gələn ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Karter Peyclə görüş keçirmək planlarının olmadığını deyib.
Bu barədə "RİA Novosti" agentliyi yazıb.
Onun sözlərinə görə, Kremldə Trampın müşavirin Moskvaya gəlişi barədə KİV-lərdən məlumat alıblar.
"Bizim heç bir kontaktımız olmayıb, olmayacaq da. Buna dair bizim heç bir planımız da yoxdur. Ümumiyyətlə Karterin Moskvaya na məqsədlə gəlməyi belə bizə bəlli deyil" deyə, Peskov qeyd edib.
скачать dle 12.1