İŞİD terror təşkilatı Səddamın sarayında orqan alverinə başlayıb

14-09-2015, 17:44
0
İŞİD terror təşkilatı Səddamın sarayında orqan alverinə başlayıb


Terrorçular donorları iki seçim qarşısında qoyurlar: ya ölüm, ya da İŞİD-in "tibb işçiləri"nin seçdikləri orqanlarından vaz keçmə.

 

İŞİD terror təşkilatı  insan orqanlarının ticarətinə başlayıb. Onlar İraqın Mosul şəhərində  İraqın sabiq prezidenti  Səddam Hüseynin  saraylarından birini  ixtisaslaşdırılmış «klinaya» çeviriblər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  Kürdüstan Demokratik Partiyasının Neynəvada rəsmi nümayəndəsi Səid Mamuzini bildirib.
 
Onün sözlərinə görə, terrorçular donorları iki seçim qarşısında qoyurlar: ya ölüm, ya da İŞİD-in «tibb işçiləri»nin seçdikləri orqanlarından vaz keçmə.
 
Mamuzini  bildirib ki, «klinikada» nəinki İŞİD-çilərin əlehydarları olan əsirlərdən, həmçinin İraq qoşunları ilə döyüşdə ölən terrorçuların özlərinin də cəsədlərindən orqanlar çıxarılaraq satılır.
 

 

Xatırladaq ki, cümə günü Rəsmi Vaşinqton  İŞİD terror təşkilatının  artıq kimyəvi silah hazırlamağı öyrəndiyini bəyan etmişdi.

 

скачать dle 12.1
Xəbər lenti