Gürcüstanda NATO-nun böyük təlimi başlayır

19-07-2018, 17:22
14 437
Gürcüstanda NATO-nun böyük təlimi başlayır

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.

Təlimlər “Norio” hərbi bazasında da keçiriləcək.

Gürcüstanda üçüncü dəfə keçiriləcək “Layiqli tərəfdaş 2017” hərbi təlimlərinin əsas məqsədi sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə NATO ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Hərbi təlimlərin açılışında ABŞ vitse-prezidenti Mayk Pensin iştirak etməsi gözlənilir.

скачать dle 12.1
Xəbər lenti