Zəlzələdən ölənlərin sayı 15 mini keçir. Ərdoğan seçkini uda bilərmi

9-02-2023, 20:24
4 226
Zəlzələdən ölənlərin sayı 15 mini keçir. Ərdoğan seçkini uda bilərmi

7.8 bal gücündə zəlzələdən iki gün sonra Türkiyə və Suriyada ölənlərin sayı 15 mini keçib.

Türkiyədə fevralın 9-da açıqlanmış məlumata görə, zəlzələ 12 min 391 nəfərin həyatına son qoyub, 63 minə yaxın yaralı var. Məlumatı fəlakətlərin idarə olunması üzrə agentlik – AFAD açıqlayıb.

Fevralın 8-də fəlakət zonasına gedən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin gördüyü işlərdən danışıb, vətəndaşları “təmkinli olmağa” çağırıb. Müxalifətsə Ərdoğanın vəziyyət üçün “tam məsuliyyət” daşıdığını deyir.

Suriyada 12 ildir gedən vətəndaş müharibəsi ölkəyə yardım çatdırılmasını çətinləşdirir. Bu ölkədə azı 3 min 42 nəfərin öldüyü açıqlanıb.

скачать dle 12.1
Xəbər lenti