Krım tatar fəalı Cemil Qafarov Rusiyanın istintaq təcridxanasında öldü

10-02-2023, 19:00
3 791
Krım tatar fəalı Cemil Qafarov Rusiyanın istintaq təcridxanasında öldü

Rusiya məhkəməsi tərəfindən “Hizb-ut-Təhrir” təşkilatında üzv olmaq iddiası ilə məhkum olunmuş Krım tatar fəalı Cemil Qafarov Novoçerkasskda (Rostov vilayəti) istintaq təcridxanasında dünyasını dəyişib.

Xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov məlumat yayıb.

Qafarovun 60 yaşı olub. Ona hələ həbsdən sonra böyrək çatışmazlığı diaqnozu qoyulub və üstəlik, 2022-ci ilin noyabrında infarkt keçirib. Qafarov elə həmin vaxtlardan təcridxana rəhbərliyinin ona tibbi yardım göstərməkdən imtina etdiyini deyib. Vəkillər istintaq təcridxanasında saxlanmasının Qafarovun həyatı üçün təhlükəli olduğunu söyləyiblər.

“O , dəfələrlə böyrəklərlə bağlı həkimə müraciət edib, onun böyrək çatışmazlığı olub, , danışanda belə ayağa qalxa bilmirdi”, - deyə vəkil Emil Kürbədinov yanvarda Qafarovun vəziyyəti ilə bağlı məlumat vermişdi.

Rusiya Federal Penitensiar Xidməti Qafarovun vəkilləri və yaxınlarının məlumatını açıq şəkildə şərh etməyib.

Xatırladaq ki, 2023-cü il yanvarın 11-də Rusiya məhkəməsi Krım tatarları Alim Kərimov, Seyran Murtaza, Erfan Osmanov, Cemil Qafarov və Sərvət Qaziyevi “terror fəaliyyətlərində iştirak”da günahkar hesab edərək 13 il müddətinə azadlıqdan məhrum edib.  Qafarov 2019-cu ildə işğal altında olan Krımda saxlanılıb. “Memorial” hüquq-müdafiə mərkəzi həmin vaxt saxlanılan Krım tatar fəallarını, o cümlədən Qafarovu siyasi məhbus kimi tanıyıb.

скачать dle 12.1
Xəbər lenti