Ukraynadakı döyüşlərdə soydaşımız həlak oldu - FOTO

12-02-2023, 12:18
4 655
Ukraynadakı döyüşlərdə soydaşımız həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsinin 354-cü günündə daha bir soydaşımız həlak olub. Bu barədə sosial mediada paylaşımlar edilib.

Soydaşımız Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı bu barədə paylaşımında bəzi detalları açıqlayıb.

Qeyd edib ki, Ukrayna Milli Qvardiyasının əsgəri Əliyev Əli Cavid oğlu cəbhənin Kreminnoy(Luqansq) istiqamətində həlak olub.

32 yaşlı Cavid ailəli idi, bir qız övladı yadigar qaldı.

Allah rəhmət eləsin!

P.S.11 aylıq müharibə dövründə 40-a yaxın soydaşımız (döyüş şəraitində) həlak olub.

WhatsApp Image 2023-02-12 at 12.25.43.jpeg (15 KB)

скачать dle 12.1
Xəbər lenti