ABŞ Ukraynanın Krıma mümkün zərbələrini dəstəkləyir

18-02-2023, 13:00
3 782
ABŞ Ukraynanın Krıma mümkün zərbələrini dəstəkləyir

ABŞ dövlət katibinin müavini bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın ilhaq edilmiş Krım yarımadasında Rusiya hərbi obyektlərinə zərbələr endirməsini dəstəkləyir.

Viktoriya Nuland fevralın 16-da Carnegie Mərkəzi ilə videobağlantıda deyib:

“Rusiya Krımda çoxlu hərbi qurğular yaradıb. Bunlar Ukraynanın zərbələr endirməsi üçün qanuni hədəflərdir və biz bunu dəstəkləyirik. Krım ən azı hərbsizləşdirilməyənədək Ukrayna təhlükəsizlikdə olmayacaq”.

Bununla yanaşı xanım Nuland bildirib ki, Krım məsələsinə yaxınlaşanadək Ukrayna hərbçiləri itirilmiş torpaqların əhəmiyyətli hissəsini geri almalı olacaqlar.

O əlavə edib ki, Ukrayna hərbiyyəsi hazırda məhz bununla məşğuldur.

Aparıcının “Vaşinqtonda Kremlin çəkdiyi hansısa qırmızı xətlərin keçilməsindən narahatdırlarmı” sualına cavab olaraq Nuland deyib ki, ABŞ Krımı heç vaxt Rusiya ərazisi hesab etməyib və Ukraynanın tanınmış beynəlxalq sərhədləri daxilindəki bütün əraziləri onun özünə məxsusdur.

Dövlət Departamentində keçirilən brifinqdə dövlət katibinin müavini vurğulayıb ki, Ukrayna işğal olunmuş torpaqlarını geri qaytarmaq uğrunda mübarizə aparır və ABŞ növbəti əks-hücum da daxil Kiyevi bu məsələdə tamamilə dəstəkləyir.

Moskvanın reaksiyası

Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova Nulandın bəyanatlarını şərh edərkən deyib ki, Moskva bir daha ABŞ-ın Ukrayna münaqişəsinə müdaxilə etməsini bildirməli olur:

“İndi isə Amerikanın müharibə çalağanları bir az da irəli gediblər. Onlar Kiyev rejimini müharibəni daha da qızışdırmağa sövq edirlər. Onlar Ukraynaya böyük həcmlərdə silah-sursat verir, onu kəşfiyyat məlumatları ilə təchiz edir, döyüş əməliyyatlarının planlaşdırılmasında birbaşa iştirak edirlər”.

Zaxarovanın sözlərinə görə ABŞ rəsmiləri Rusiyanın məğlub olmasını “dəlicəsinə” arzulayırlar.

скачать dle 12.1
Xəbər lenti