Putinin Rusiyanın imperiya tarixində ‘ilişib qalması’… müharibəyə apardı

6-03-2023, 18:46
4 832
Putinin Rusiyanın imperiya tarixində ‘ilişib qalması’… müharibəyə apardı

II Dünya müharibəsindən bəri Avropada ən böyük müharibənin başlanmasından bir il keçmiş Rusiya xalqı qarşısında çıxış edən Prezident Vladimir Putin Qərbin 1991-ci ildə SSRİ-nin süqutundan sonrakı onilliklər ərzində Moskva ilə bağlı siyasəti barədə hər zamankı mənfi fikirlərini təkrarlayıb.

Putin iddia edib ki, NATO və onun Ukrayna ilə əlaqələri Rusiyaya qarşı artmaqda olan təhlükədir. O bu əlaqələr haqda yanlış iddialarını, o cümlədən Ukrayna hökumətinin ABŞ və Qərb hərbi alyansının nəzarətində olması haqda iddiasını təkrarlayıb. O, Ukraynanın Qərbin “quluna çevrildiyini” iddia edib.

Corc Buşun (George W. Bush) prezidentliyi dövründə Ağ Evdəki səkkiz illik karyerasının dörd ilini milli təhlükəsizlik müşaviri olmuş Stefen Hadli (Stephen Hadley) Putinin iddialarını təkzib edib. O NATO-nun Rusiyaya hər hansı təhlükə törətmədiyini və Moskvanın illərlə alyansla əməkdaşlığa razı olduğunu xatırladıb.

“Rusiyanın Avropanın bir hissəsi kimi qəbul edilməsi üçün real səy göstərilib. NATO Rusiyaya təhlükə deyildi, NATO Rusiya ilə konstruktiv münasibət istəyirdi. …Rusiyanın NATO-nun genişlənməsinə reaksiyasını yumşaltmaq üçün bu səylər göstərilirdi”, – Hadli fevralın 28-də Vaşinqtondakı evindən “Zoom”la verdiyi müsahibədə deyib.

Stefen HadliStefen Hadli

Yeltsin Klintona xəbərdarlıq etmişdi

Hadlinin Ağ Evdəki xidmət illəri NATO tarixində ən böyük genişlənmə dövrünə düşüb: 2004-cü ildə Baltik ölkələri də daxil olmaqla Şərqi Avropanın yeddi ölkəsi alyansa üzv qəbul edilib.

Tarixçi və alimlər uzun zamandan bəri NATO-nun genişlənməsinin məqsədlərini müzakirə ediblər. Bəziləri onun şərqə doğru genişlənməsinin nə dərəcədə müdrik hərəkət olmasını da sorğulayıb. Rusiya rəsmiləri soyuq müharibə dövrünə aid alyansa hazırda ehtiyac olmadığı fikrini belə irəli sürüblər.

1990-cı illərin ortalarında Prezident Boris Yeltsin amerikalı həmkarı Bill Klintona xəbərdarlıq etmiş, NATO-nun Şərqi Avropa ölkələrini üzvlüyə qəbul edəcəyi halda onu “alçaldacağı” ilə hədələmişdi.

Putin dövründə bu şübhələr birbaşa ittihamlara, Vaşinqton və müttəfiqlərinin Moskvaya xəyanət etdiyi barədə iddialara çevrildi. Rusiya 2008-ci ildə NATO-nun Ukrayna və Gürcüstana nə zamansa alyansın üzvü olacaqları barədə vəd verməsindən xüsusilə çox qəzəbləndi.

скачать dle 12.1
Xəbər lenti