Gürcüstanda hakim partiya ‘xarici agent’ qanununu geri götürüb

11-03-2023, 12:43
10 397
Gürcüstanda hakim partiya ‘xarici agent’ qanununu geri götürüb

Gürcüstanın hakim partiyası ikigünlük zorakı toqquşmalar və Qərbin sərt tənqidindən sonra qalmaqallı “xarici agentlər” qanununu parlamentdən götürüb.

“Cəmiyyətin hər bir üzvü üçün məsuliyyət daşıyan hökumət partiyası olaraq dəstəklədiyimiz bu qanunu qeyd-şərtsiz götürmək qərarına gəldik”, – Gürcü Arzusu partiyası martın 9-da vebsaytında bildirib.

Qalmaqallı qanuna etirazlar martın 7-də başlanıb. Həmin gün qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul edilib. Qanun maliyyəsinin azı 20 faizini xaricdən alan mülki cəmiyyət təşkilatlarının “xarici agent” hesab olunmasını nəzərdə tuturdu.

Bəziləri bu layihəni Rusiyanın oxşar qanunu ilə müqayisə edirdilər. Rusiyada xaricdən maliyyə dəstəyi olan bütün təşkilat və fərdlə “xarici agentlər” sayılır.

Gürcüstanda iki gün ərzində etirazlarda “Rusiya qanununa yox” şüarı səslənib, iştirakçılar Gürcüstanın, Ukraynanın, Aİ-nin himnlərini oxuyublar.

скачать dle 12.1
Xəbər lenti