Türkiyə Rusiyanın S-400 raket kompleksindən imtina edir?

18-03-2023, 13:11
9 268
Türkiyə Rusiyanın S-400 raket kompleksindən imtina edir?

Türkiyənin bundan sonra öz ərazisini qorumaq üçün Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə (HHM) sisteminə ehtiyacı olmaya bilər.

Bloomberg agentliyi Türkiyə hərbi sənaye kompleksinin vəzifəli rəsmisinə istinadən yazır ki, ölkə artıq öz hərbi ehtiyaclarını özü ödəmək yolunu seçib.

Türkiyənin Aselsan müdafiə şirkətinin rəhbəri Haluk Görgün deyib ki, Türkiyə hazırda özünün Siper (Sipər) adlı antiraket sisteminin yaradılması üzərində işləyir.

Onun sözlərinə görə bu sistem ilk sınaqlarda 100 kilometrlik məsafədə olan hədəfləri dəqiqliklə vura bilib:

“Biz HHM sistemləri yaradırıq. Bizə nə S-300, nə də S-400-lər lazım deyil. Biz onlara olan ehtiyacımızı aradan qaldırırıq. Bu bizim vəzifəmizdir”.

Siper HHM sistemini Aselsan, Roketsan şirkətləri və SAGE institutu birlikdə işləyib hazırlayıblar.

Güngör daha sonra deyib:

“Bu təkcə raket atışı sistemi deyil. Bu həm rabitə sistemi, daim işləyən radar, atəşin idarə olunması mərkəzi deməkdir. Bura “öz-özgə” tanıma sistemi də daxildir. Bu, uzaqmənzilli HHM-dir”.

İşlənməsinə 2018-ci ildə başlanmış Siper sistemi ordunun ixtiyarına elə bu il verilməlidir.

Rəhbəri belə cəsarətli siyasi bəyanat səsləndirən Aselsan Türkiyə müdafiə sənayesinin ən ambisiyalı layihələrində iştirak edir.

Bu layihələrə adi dronlardan tutmuş döyüş təyyarələri və gəmilərinədək ən müxtəlif silahlar daxildir.

скачать dle 12.1
Xəbər lenti