İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

24-03-2023, 20:58
9 093
İranda etirazlar bayram günlərində də zorakılıqla yatırdılıb

Novruz bayramı günlərində İranın qərbində bir sıra kürd şəhərlərində hökumətə qarşı etirazları təhlükəsizlik qüvvələri zorakılıqla yatırdıb.

Sosial mediada yayılan xəbərlərdə Məhabad, Oşnaviyə, Bükan, Piranşəhr, Saqez, Sənəndəc, Dehgulan şəhərlərində adamların martın 20-də küçələrə çıxdığı, ancaq hökumət qüvvələrinin hücumuna məruz qaldığı görünür.

Evlərin pəncərə və damlarından şüarlar səslənib

Yerli mənbələr, o cümlədən “Hengaw” insan haqları qrupunun vebsaytına görə, Saqez şəhəri sakinləri ötən sentyabrda polisdə vəfat etmiş Məhsa Əmininin məzarı başına yığışıb. Məhz 22-yaşlı Əmininin polisdə ölümü o vaxtdan İranda etirazlara yol açıb.

Məzar başına yığışanlar “Şəhidlər ölmür” və digər antihökumət şüarları səsləndiriblər.

Tehranın Ekbatan və digər ərazilərində etirazçılar isə Ali dini lider Əli Xameneyini nəzərdə tutaraq “Diktatora ölüm” qışqırıblar. Bu şüar Yeni ilin gəlişində evlərin pəncərə və damlarından eşidilib.

скачать dle 12.1
Xəbər lenti