G-20 sammitinin yekunu: Qərb Ukraynanı satıb?

10-09-2023, 10:16
485
G-20 sammitinin yekunu: Qərb Ukraynanı satıb?

ekun bəyannamədə faktiki Rusiyanın mövqeyi qəbul edilib, işğalçı kimi tanınmayıb

 

Amerikalı ekspert  Çarlz Devis hesab edir ki, Hindistanda keçirilən G20 sammitində yekun bəyannamənin qəbulu Qərbin Rusiya prezidenti Vladimir Putinə təslim olmasını simvolizə edir.

Politoloq bu barədə “Business Insider”dəki  məqaləsində yazıb.

 Onun sözlərinə görə, Qərb faktiki olaraq Rusiyanın mövqeyini qəbul edib ki, Kiyev rejimi 2014-cü il çevrilişinə görə qeyri-legitimdir, Ukrayna özü isə “süni konstruksiyadır”.

Moskva Yeni Dehlidə keçirilən G20 sammitində yekun bəyannaməni yumşalda bilib. Belə ki,  yekun sənəddə Ukraynaya qarşı “hərbi müdaxilə” əvəzinə, sadəcə olaraq, ölkə ərazisində Rusiyaya məxsus tanklar, pilotsuz təyyarələr və yüz minlərlə hərbi qulluqçusu olduğu qeyd edilib.

Ukrayna Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Oleq Nikolenko Hindistanda keçirilən G20 sammitinin yekun bəyannaməsində Rusiya əleyhinə kifayət qədər tezislərin yer almamasından narazılığını bildirib.

Yekun bəyannamədə Ukrayna münaqişəsinin iqtisadi məsələlərdə və qlobal ərzaq və enerji təhlükəsizliyi, təchizat zəncirləri və s. məsələlərdə müxtəlif mənfi nəticələrini sadalamaqla yanaşı, iştirakçı ölkələrin Ukraynadakı vəziyyətə fərqli baxışları qeyd olunub.

Sənəddə deyilir: “Münaqişələrin dinc yolla həlli və böhranın idarə olunması səyləri, o cümlədən diplomatiya və dialoq çox vacibdir”.

Xüsusilə vurğulanır ki, BMT Nizamnaməsinə uyğun olaraq, bütün dövlətlər “ərazi  əldə etmək” üçün hədə-qorxudan və güc tətbiqindən çəkinməyə borcludurlar və nüvə silahı ilə təhdid və ya istifadənin yolverilməzliyi də qeyd olunur.

G20 üzv ölkələrin “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. Sənəddə həmçinin sərfəli qiymətlərlə gübrələrin əldə edilməsinin, eləcə də kənd təsərrüfatı resurslarından istifadə imkanlarının yaxşılaşdırılmasının zəruriliyi qeyd olunur: "Biz kənd təsərrüfatı malları, qida və gübrələrin açıq, ədalətli, proqnozlaşdırıla bilən və qaydalara əsaslanan ticarətini təşviq etmək, ixraca qadağalar və məhdudiyyətlər tətbiq etməmək və bazar təhriflərini azaltmaq öhdəliyi götürürük".

Bəyannamədə taxıl müqaviləsi məsələsinə də toxunulub. Sənəddə vurğulanır ki, G20 liderləri Türkiyənin bununla bağlı təşəbbüsünü dəstəkləyir, həmçinin “Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün tam, vaxtında və effektiv həyata keçirməyə” çağırırlar.

“Bloomberg” xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsi çərçivəsində Rusiyanın tələblərini nəzərə almağa çağırıb.

 Bir sıra mənbələrin qeyd edir ki, bu, təşkilatın tarixində  ən çətin sammitlərindən biri idi.  G20-nin sonuncu sammitində əldə olunan razılaşmalar çox çətin əldə edilib. Məlumata görə, bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib.

“The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub.

Daha əvvəl qeyd edildiyi kimi, Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikolenko sammitin nəticələrindən narazılığını bildirib. "Böyük iyirmilik yekun bəyannaməni qəbul etdi. Ukrayna mətnə​sərt dil əlavə etməyə çalışan tərəfdaşlara minnətdardır" deyə, o bildirib. Nikolenko, G20 ölkələrinin yekun bəyannaməsinə işarə edərək, “qürurlanacaq heç bir şeyin olmadığını” vurğulayıb.

скачать dle 12.1
Xəbər lenti