Liviyada sel qurbanlarının sayı sürətlə artır: 11 min ölü, 20 min itkin

14-09-2023, 19:48
232
Liviyada sel qurbanlarının sayı sürətlə artır: 11 min ölü, 20 min itkin

Liviyada sel fəlakətinin qurbanlarının sayı 11 minə çatıb, daha 20 min nəfər itkin düşmüş sayılır. Bu barədə Qırmızı Aypara Cəmiyyətinin yerli bölməsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, artıq 11 min nəfərin öldüyü təsdiqlənib, 20 min nəfərə yaxın itkin sayılır. Cəmiyyətdən bildirilib ki, 2 mindən çox insanı sel Aralıq dənizinə axıdıb. Eyni zamanda selin Liviyanın bir çox ərazilərində basdırılan minaları yuyub dəniz sahillərinə qədər apardığı güman edilir.

Təşkilat artıq bununla bağlı Liviya hökuməti və xilasediciləri məlumatlandırıb.

скачать dle 12.1
Xəbər lenti