Bir ailənin FACİƏVİ SONU: Dördü birdən həlak oldu - FOTOLAR

16-09-2023, 15:31
238
Bir ailənin FACİƏVİ SONU: Dördü birdən həlak oldu - FOTOLAR

Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda zibil maşını yük maşınına çırpılıb. Hadisə nəticəsində yük maşınında olan ailənin 4 üzvü ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Qəzada yük maşının sürücü 56 yaşlı Cahit Çağlayan, həyat yoldaşı 48 yaşlı Zahidə və uşaqları 15 yaşlı Özlem və 14 yaşlı Aysel Çağlayan həyatını itirib. Cütlüyün oğlu 10 yaşlı Öndər Çağlayan, zibil maşınının sürücüsü İbrahim Doğan, sərnişinlər Selami Kahraman və Sezer Hayta yaralanıb.

Bildirilir ki, ətrafdakı insanlar qəza yerinə sağlamlıq, polis və xilasetmə qrupları çağırıb. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicə altına alınan yaralılardan Öndər Çağlayanın vəziyyətinin ağır olduğu bildirilib.

Musavat.com

 

скачать dle 12.1
Xəbər lenti