Fransa 39 radikal islamçını deportasiya edəcək

31-10-2023, 16:24
78
Fransa 39 radikal islamçını deportasiya edəcək
Fransa hökuməti Rusiyaya radikal islamçı baxışlara malik 39 rusiyalının siyahısını təqdim edib. Paris bildirir ki, bu adamların deportasiyasını planlaşdırır. Bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen verib:
“Biz radikallaşmada şübhəli bildiyimiz 39 Rusiya vətəndaşını xüsusilə diqqətlə izləmişik. Ötən həftə biz onların siyahısını Rusiya tərəfinə təqdim etmişik və indi prosedur üçün danışıqlara başlanacaq”.
Onun sözlərinə görə rusiyalılar yalnız Rusiya bu siyahını təsdiqlədikdən sonra deportasiya olunacaq. Deportasiya siyahısında konkret kimlərin olması bildirilmir.
Rusiyanın Parisdəki səfirliyi isə bildirir ki, Fransa hökumətindən onlara heç bir siyahı daxil olmayıb:
“Bu mövzu hələ ki, yalnız fransızlar tərəfindən onların öz informasiya məkanında hallandırılır. Səfirliyimizə gəlincə isə Fransa DİN bizimlə rəsmi qaydada əlaqəyə girməyib”.скачать dle 12.1
Xəbər lenti