Pakistan 1 milyondan çox əfqanın deportasiyasına başlayıb

5-11-2023, 13:31
108
Pakistan 1 milyondan çox əfqanın deportasiyasına başlayıb
Pakistanda deportasiya ilə üzləşən minlərlə əfqan yenidən Əfqanıstana axışır.
İslamabad sənədsiz əfqan miqrantların Pakistanı tərk etməsi üçün noyabrın 1-dək vaxt qoymuşdu.
BMT xəbərdarlıq edib ki, Pakistan hökumətinin bu qərarı “ağır” insan haqları pozuntuları ilə nəticələnə bilər.
Noyabrın 2-ə olan rəsmi məlumata görə 165 min əfqan artıq Pakistan ərazisini tərk edib.
Pakistan hökuməti ümumilikdə 1.7 milyon miqrantın ölkədən deportasiyasına dair qərar verib. Bunlardan 1 milyondan çoxu əfqanlardır. Onlar 2021-ci ilin avqustunda Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistan ərazisinə keçiblər.
Bu da xəbər verilir ki, Pakistan polisi noyabrın 1-dən hələ də ölkədə qalan əfqanların saxlanmasına və məcburi deportasiyasına başlayıb. Bu məqsədlə onlarca saxlama məntəqəsi yaradılıb. Xəbərdə deyilir ki, sərhədin o tayında isə Taliban qaçqınların qəbulu üçün müvəqqəti keçid məntəqələri qurub.
Noyabrın 2-də Kəraçidə keçirilən polis reydində yüzdən artıq, həmsərhəd Kvetada isə 425 əfqan saxlanıb.скачать dle 12.1
Xəbər lenti