Zaxarova Qərbi Ermənistanı Moskvadan qoparmağa çalışmaqda suçlayır

18-11-2023, 13:14
179
Zaxarova Qərbi Ermənistanı Moskvadan qoparmağa çalışmaqda suçlayır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Qərbi Ermənistanı Qərbdən qoparmağa çalışmaqda ittiham edib, Ukrayna ilə bu Cənubi Qafqaz ölkəsi arasında paralellər göstərib.
“Qərbin Ukrayna siyasəti iflas edəndən sonra Ermənistandan vəhşi kimi yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, – Mariya Zaxarova noyabrın 15-də mətbuat üçün brifinqdə deyib.

“Eyni zəncirin halqaları”

Zaxarova Ermənistan rəhbərliyinin son addımlarına toxunub. O, baş nazir Nikol Paşinyanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə gözlənən sammitinə getmədiyini, Qərbin Ermənistana silah təchizatının genişləndiyini vurğulayıb, Yerevan və Kiyev arasında dostluğu “eyni zəncirin halqaları” adlandırıb.
“Ancaq mənə elə gəlir ki, bu, köləlik zənciridir”, – Rusiya diplomatı bildirib.
O iddia edib ki, Ermənistan rəhbərliyinin Cənubi Qafqazda nəqliyyat əlaqələrini açmaq işini tamamlamasını da “Qərbin tövsiyələri” əngəlləyir.
Onun dediyinə görə, Moskva, Yerevan və Bakının təmsilçilərinin qatıldığı üçtərəfli işçi qrup Ermənistanla Azərbaycan arasında dəmiryol əlaqəsinin bərpası ilə bağlı iyunda əhəmiyyətli irəliləyiş əldə edib.скачать dle 12.1
Xəbər lenti