Moskva Paşinyan hökumətini rusofobiyada ittiham edir

11-11-2023, 11:51
181
Moskva Paşinyan hökumətini rusofobiyada ittiham edir
Rusiya Ukraynanın təşəbbüsü ilə keçirilən danışıqlarda iştirak etdiyinə görə noyabrın 2-də Yerevanı Rusiya-Ermənistan münasibətlərini “məhv etməkdə” ittiham edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova habelə Ermənistanın hökumətyönlü mediasında, onun təbirincə deyilərsə, “rusofob” materialların arxasında baş nazir Nikol Paşinyanın hökumətinin dayandığını deyib.
AzadlıqRadiosunun Erməni xidməti – Azaututyun yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə Maltada Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibəyə son qoyulması üçün təkliflərini müzakirə edən 60 ölkənin nümayəndələri arasında olub.скачать dle 12.1
Xəbər lenti