ABŞ Dövlət Departamenti: Azərbaycanda jurnalistlərin həbsi qəbuledilməzdir

31-12-2023, 13:40
135
ABŞ Dövlət Departamenti: Azərbaycanda jurnalistlərin həbsi qəbuledilməzdir
ABŞ dekabrın 27-də Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.
Bu barədə Dövlət Departamentinin nümayəndəsi Azərbaycanda daha bir jurnalistin, Şamo Eminovun həbsinə dair Turan agentliyinin sorğusuna cavabında bildirib.
“Kanal 13” YouTube televiziya kanalının əməkdaşı Şamo Eminov dekabrın 22-də saxlanılaraq qaçaqmalçılıq ittihamı ilə barəsində 3 ay 5 gün həbs qətimkan tədbiri seçilib. O, eyni nəşrin son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.
Dövlət Departamentinin sözçüsü Turanın müxbirinin jurnalistlərin son həbsi barədə sorğusuna cavab olaraq deyib: “Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu, qəbuledilməzdir. Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, Dövlət Departamentinin sözçüsü yekunlaşdırıb.
Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov və Hafiz Babalanın son günlər həbsləri media ictimaiyyətində və beynəlxalq təşkilatlarda Azərbaycanda müstəqil media və ifadə azadlığı üçün məkanın daralması və jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlıqlara səbəb olub.скачать dle 12.1
Xəbər lenti