“AbzasMedia”nın daha bir əməkdaşı saxlanılıb

2-12-2023, 20:13
175
“AbzasMedia”nın daha bir əməkdaşı saxlanılıb
AbzasMedia saytının daha bir əməkdaşı, jurnalist Nərgiz Absalamova cümə axşamı saxlanıb, Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya deyib, lakin o, jurnalistin saxlanılma səbəbi barədə məlumat verməyib.
“Nərgiz Absalamova saxlanılıb, hazırda araşdırma aparılır”, – DİN sözçüsü bildirib.
Jurnalistin yaxınları Nərgiz Absalamovanın saxlanmasını AbzasMedia-nın rəhbərlərinə qarşı irəli sürülən ittihamlarla əlaqələndiriblər.
Bundan əvvəl AbzasMedia-nın rəhbərləri qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs olunublar. Jurnalistlər həbslərini peşə fəaliyyəti ilə izah edirlər.скачать dle 12.1
Xəbər lenti