Prezident: «Bundan sonra qalstukunu çeynəyəcək»

20-09-2015, 21:46
0
Prezident: «Bundan sonra qalstukunu çeynəyəcək»

Çeçenistan lideri Ramzan Kadırov Ukrayna prezidentiPyotr Poroşenkonu yenə sərt sözlərlə tənqid edib.

Strateq.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin qatı tərəfdarı olan Kadırov bildirib ki, Rusiyadan olan fiziki şəxslərə sanksiya tətbiq etməsi Poroşenkonun təşviş keçirdiyini göstərir: «Sanksiya siyahısı təşvişin göstəricisidir. Son addımlarını atır. İqtisadiyyatı sıfır, nüfuzu sıfırdır. Yanında bircə Yatsenyuk və Saakaşvili qalıb. Bundan sonra qalstukunu çeynəyəcək». 

Kadırovun sözlərinə görə, Ukrayna vətəndaşları gec-tez onları idarə edənlərin həqiqi kimliyinə bələd olacaq.

скачать dle 12.1
Xəbər lenti