Ərdoğan terror əleyhinə mitinqdə mesajını verdi: «550 millət vəkili istəyirəm!»

21-09-2015, 04:09
0
Ərdoğan terror əleyhinə mitinqdə mesajını verdi: «550 millət vəkili istəyirəm!»

«Milyonlarla nəfəs, terrora qarşı tək səs!»

Davudoğlu: «HDP-nin barajı keçməsinə imkan verməyin, AKP-ni təkbaşına iqtidar edin!»

Terrora “yox” demək, barış, birlik və bərabərlik mesajları vermək üçün dünən Türkiyə hökuməti Istanbuldakı Yeniqapı meydanında kütləvi mitinq keçirdi. Aksiyanın əsas məqsədi terroru lənətləmək olsa da, prezident Rəcəb TayyibƏrdoğan da, baş nazir Əhməd Davudoğlu da çıxışları zamanı qarşıdakı parlament seçkilərinə yönəlik mesajlar verməyi unutmadılar.

1 noyabrda tarixi qərara imza atın!”

Çıxışı zamanı sözü tez-tez 1 noyabr seçkilərinə gətirəƏrdoğan 550 millət vəkili istədiyinə açıq şəkildə etiraf etdi: “Millətimdən bir xahişim olacaq. 1 noyabrda tarixi qərara imza atın! Türkiyə Böyük Millət Məclisinə hansı partiyadan olursa-olsun 550 yerli və milli millət vəkili göndərin. Hər halda nə demək istədiyimi başa düşürsünüz.

Bu gün burada terrora qarşı tək səs olaraq bir araya gələn Istanbul, sizləri bütün qəlbimlə salamlayıram. 78 milyon vətəndaşımızı salamlayıram. Şəhidlərimizi rəhmət və minnətlə yad edirəm. Şəhidlərimizin yaxınlarına, qazilərimizəşükranlarımı çatdırıram. Terrorla mübarizə aparan bütün əsgərlərimizə, silahlı qüvvələri təmsil edənlərə xüsusi minnətdarlıq edirəm. Terror təşkilatlarının basqılarına, təhdidlərinə rəğmən, vətənimizin bütövlüyü, millətimizin birliyi üçün səbir göstərən, bu yöndə iradə ortaya qoyan bütün qardaşlarımdan Allah razı olsun. Inanıram ki, birliyinizi pozmayacaqsız. Bu yolda qərarlı şəkildə gələcəyəgedəcəyik. Vətənimizi fitnə ilə bölmək istəyənlərə ən gözəl cavabı burada bu gün sizlər verirsiniz”.

Parlamentdə PKK istəmirik!”

Ərdoğanın çıxışından sonra “Parlamentdə PKK istəmirik!” şüarları səsləndirilib. Bu şüarlardan sonra çıxış edən baş nazir Əhməd Davudoğlu mitinq iştirakçılarını HDP-nin baracı keçməsinə imkan verməməyə çağırıb: “O zaman 1 noyabrda çox çalışacaqsız. Bunları barac altında saxlayacaqsız. Və Məclisdə yenidən birliyin simvolu olan AKP-ni təkbaşına iqtidara gətirəcəksiniz.

Burada əsgərimizin son nəfəsi və son əmanəti var. O əmanətə sahib çıxmağa hazırsınızmı? Bu milləti bölmək, əti sümükdən ayırmaq istəyənlər qəhr olsun. Sizə söz veririk. Onları layiq olduqları şəkildə cəzalandırmaq üçün gecə-gündüz çalışacağıq.

Biz hörmətli prezidentimizin rəhbərliyi ilə 13 illik AKP iqtidarı dövründə tək bir şeyi hədəflədik. Ürəkləri, könülləri, nəfəsləri birləşdirmək. Vəd etdiyimiz hər şeyi həyata keçirdik. Qadağaları ləğv etdik. Milli birlik, qardaşlıq layihəsi ilə dəbir şeyi hədəflədik – türkü, kürdü, qafqazlısı – hamısı bərabərdir.

PKK-ya “gəlin, silahları yerə qoyun” dedik. Amma silahlılar Türkiyəni tərk etmədi. Xarici qüvvələr, qardaşı-qardaşa qırdırmaq istəyənlər Gəzi olaylarını başlatdı. Daha sonra 17-25 dekabr tələsi quruldu. Hədəf açıq idi – millətin birliyini, bərabərliyini yox etmək. Buna baxmayaraq, çözüm mərhələsi üçün bütün işləri gördük. Onlar neylədi? 7 iyun seçkisindən sonra silahlanma çağırışı etdilər. Qruplara “hərəkətə keçin” dedilər. Bunu deyənlər onlar deyil. Onlar sadəcəəlaltılardır. Bunu deyənlər həmin o əlaltıları istifadə edən xarici qüvvələrdir.

Sədrləri lazım olarsa, arxalarını terror təşkilatına söykəyəcəklərini dedi. Bunu deyənə səslənirəm. Siz terror təşkilatına söykənə bilərsiniz. Amma biz Istanbula, millətimizə arxalanırıq”.

Terrorçuları təmizləyənə qədər bu mübarizə davam edəcək”

Davudoğlu bildirib ki, Türkiyə bu silahlı qruplardan təmizlənənə qədər mübarizədavam edəcək: “Vətənimizi terrorçulardan təmizləyənə qədər bu mübarizəni gecə-gündüz fasiləsiz davam etdirəcəyik. Heç bir mülki vətəndaşımız, şərqdəki, cənub şərqdəki vətəndaşımız tərəddüd etməsin. Dövlətinə, millətinə güvənsin. Onların heç bir zərər görməməsi üçün təhlükəsizlik qüvvələri var gücü ilə çalışır. Vətəndaşlarımızın bir teli belə, bizə əmanətdir. Bu terrorçular həm rahatlığımıza, həm azadlığımıza qəsd etmişdilər. Demokratiyanı yenidən qalıcı vəziyyətəgətirəcəyik”.

Sizə üç mesajım var”

Baş nazir xalqa üç vacib məqamı çatdırmaq istədiyini də bildirib: “Sizə üç mesacım var. Birincisi, kim nə edirsə etsin qardaşlığımızı möhkəmləndirək. Allah xatirinə, heç kim başqa bir qardaşına sən türksən, kürdsən deməsin. Bəzi dəstələr, terrorçular şərqdəki qardaşlarımıza zülm edərkən siz rastınıza çıxan hər kürd qardaşınızı potensial cinayətkar gözündə görməyin. Bağrınıza basın. Kürd qardaşlarımız bilsinlər ki, heç yerdə ayrıseçkiliyə məruz qalmayacaqlar. Mübarək Qurban bayramı yaxınlaşır. Nəfsimizi qurban edək, qardaşlığımızı yox. Türkiyənin şərqində yaşayanlar qərbdə yaşayana, sünni ələviyə bayramda bir başqa gözəl baxsın. Deyin ki, rəbbimiz bizi qardaş yaradıb, kim ayıra bilər?!

Ikinci mesajım odur ki, Türkiyə Cümhuriyyəti hər bir vətəndaşına eyni gözlə baxır və onları qorumaq üçün əlindən gələni edir. Türkiyə üzərində oyun qurmaq istəyənlər bilsin, bizim nəfəsimiz gəlib-gedirsə, Türkiyənin bir santimetrinin belə, bölünməsinə, ayrılmasına imkan vermərik. Bütün oyunları pozarıq. Üçüncü mesajımız da odur ki, demokratiyanı, azadlığı mütləq yaşadacağıq. Hamı seçimini edəcək. Heç kim seçkiyə basqıyla getməyəcək. Allah qardaşlığımızı hakim, dövlətimizi azad və müstəqil etsin!”.

azadliq.info

скачать dle 12.1
Xəbər lenti