Dünyanın ən bahalı zirehli avtomobilləri - FOTOLAR

1-10-2015, 16:45
0
Dünyanın ən bahalı zirehli avtomobilləri - FOTOLAR
Silah texnlogiyası maksimum həddə inkişaf edib, desək yanılmarıq. Bu məsələyə diqqət çəkən mütəxəssislər  insanların özlərini  daha təhlükəsizlikdə hiss etmələri üçün xüsusi zirehli  avtomobillər dizayn edirlər. Qeyd edək ki, bu bir-birindən lüks görünən avtomobillər, həm də çox bahalıdır. Dünyanın ən bahalı avtomobillərinin top 10-ğunu təqdim edirik.
 
10. Lexus LS 460 L (300.000 Dollar) - Çəkisi çox ağır olan bu avtobil həm də çox təhlükəsizdir. Motor 8 çarxlı avtomatik pillə ilə 389 at gücünə malikdir. Orijinal Lexus bomba  partlamalarına dözə bilən xüsusiyyətə maldikdir.
 
 
9. BMW 750Li Sedan (340.000 Dollar) - 400 at gücündədir. Avtomobildə hətta radiator, yanacaq çəni və tüstü borusu da zirehli hala gətirilmişdir.
 
 
8. Cadillac Escalade ESV (350.000 Dollar) Becker - lüks ola bilməsi üçün heç bir maliyyətdən qaçınılmayıb. Avtomobilin içi dəri döşəmə, taxta döşəmə, ofis ləvazimatları və böyük LSD ekranlar var. Becker, güllə keçirməz polad və 40 mm pəncərəsi ilə çox yaxşı qoruma xüsusiyyətinə malikdir.
 
 
7. Mercedes Benz S-Guard (400.000 Dollar) – bazarda ən məşhur avtomobillərdən biridir. Avtomobilin xarici zirehli  xüsusiyyətlər olsa da, öz gözəlliyini də qoruyub. Bu avtomobil M60 tüfənglə hücuma dözümlüdür. Həmçinin  qaz bombası ilə hücum zamanı  avtomobilin xarici dəlikləri bağlanır və avtomobilin  içinə  təmiz hava verən öz oksigen  sistemini işə salır.
 
 
6. Knight XV (629.000 Dollar) – Dünyanın öndə gələn  zirehli  avtomobi istehsalçısı  Conquest-in flaqmanıdır. Qeyd edək ki, Knight XV, sadece 100 ədəd buraxıldığından  çox nadir tapılır. Avtomobildə V10 motor, yüksək müqavimətli  zireh  var. Bundan əlavə avtomobilin içində TV, bar, soyuducu, isidən kreslolar və əyləncə üçün media mərkəzi var.
 
 
5. Huron APC (630.000 Dollar) –  çox ağır olması ilə diqqət çəkir. Horon, M80 sursatı başda olmaq üzrə, ağır yanıcı və partlayıcı silahları daşıya bilər.
Huron APC, pulemyot və əl bombalı hücumlara dözümlü formada hazırlanmışdır. Zirehli texnika, hərbi müdafiə etmədən çox şəxsi istifadə üçün yaradılıb.  
 
4. Audi A8 Security (700.000 Dollar) – tam zirehlidir. Ancaq bu zireh görünmür. Audi A8 Security normal lüks bir audiyə bənzədilərək dizayn edilib. Bu avtomobilin  tamamən  güllə keçirməz olduğu Alman Balistik Test Mərkəzi tərəfindən təsdiqlənib.
Avtomobil  alovla əlaqədar demək olar ki, hər şeyə dözümlüdür. Bundan əlavə zirehli avtomobilin içində LED siqnalları, duman detektoru, rəqəmsal  radio şəbəkələri və sirenaya sahibdir.
 
3. Mercedes Benz G63 AMG (1 Milyon Dollar) – mövcud olan ən yaxşı limuzinlərdən biridir. Inkas tarafından istehsal edilən G63 AMG, daxili və xarici təhlükəsizliyindən əlavə  lüks olması ilə də diqqət çəkir.
Bundan əlavə avtomobilən mat qara dəri oturacaqlar, xüsusi işıqlar, qurşun keçirməz pəncərə, təhlükəsizlik kameraları var.
 
2. Cadillac One “The Beast” (1.5 Milyon Dolar) – ABŞ prezidentini  daşımaq üçün hazırlanan  xüsusi zirehli avtomobildir. Avtomobildə  yanğınsöndürücü köpük, yanğınsöndürmə sistemi, xüsusi oksigen qaynağı, baqajda ekstra  silahlar, yanacaq çənini qoruma xüsusiyyəti var.
Avtomobilin zirehi ağır polad, alüminium, titanium və keramikadan hazırlanıb. Bu xüsusiyyətlər  xaricdən müdaxilə ilə  avtomobilin  qapılarının açılmasını imkansız hala gətirir. Bundan başqa  avtomobil  pusqulara  qarşı  yardım çağırmaq üçün  öz  şifrəli  xəbərləşmə sisteminə malikdir.
 
1. Kombat T98 (1.5 Milyon Dollar) - Prombron olarak da bilinməkdədir. Bu zirehli  SUV-un  içi 100 faiz balina dərisi ilə örtülüdür. Bu avtomobilə daha çox  rusiyalı siyasətçilər və Avropadakı şahzadələr üstünlük verirlər.
Bütün digər xüsusiyyətlərdən əlavə avtomobil qızılla örtülmüş pəncərələri var. Həmçinin  avtomobilin 8,1 litrlik V8 mühərriki və gülləkeçirməzlik xüsusiyyəti ilə partlamalara dözümlü zirehlərlə təmin olunmuşdur.
 
 
скачать dle 12.1
Xəbər lenti