Suriyada yerləşən Rusiya hərbi bazasından FOTOLAR

7-10-2015, 00:09
0
Suriyada yerləşən Rusiya hərbi bazasından FOTOLAR
Sizlərə  Suriyadakı Rusiyanın hərbi bazası ilə tanış edəcəyik. 
 
Əvvəlcə Rusiya üçün Latakiyada «Xmeymim» aeraportu yaxınlığında daşlı səhra ayrılmışdı. Qeyd edək ki, bu yerin 50 km-də Tartus texniki təminat mərkəzi yerləşir. Oranın yaxın zamanlarda  Rusiyanın hərbi dəniz flotu üçün bazaya çevriləcəyi düşünülür.
 
 
Bazanı qurmaq üçün  ilk əvvəl asfalt çəkildi. Burada palçıqdan yox, artıq mövsümünün yaxınlaşdığı  qum fırtınalarından qorxurlar. Açıq sarı toz zərrəcikləri  hər yerə girə və mürəkkəb aviasiya texnikasına nəzarət edən texniklərə böyük problem yarada bilər.
 
 
İkinci problem su idi. Köhnə  su çəni  bərpa edildi, filtrlər quraşdırıldı. Artıq suyu birbaşa krandan içmək olar. Bununla belə, bazaya  butılkalarda içməli su gətirilir. Yemək və içməyin miqdarına məhdudiyyət qoyulmur.
 
 
Şəxsi heyət  xüsusi mebellə döşənmiş və kondisionerlərlə təchiz olunmuş  modullarda yerləşdirilib.
 
 
 
FaktXeber.org-un məlumatına görə, hazırda «Xmeymim» aviabazasında  mühəndis-aerodrom, texniki –aerodrom sistemləri və digər təminat növləri quraşdırılıb. Qısa müddətdə onlarla  səhra infrastrukturu ucaldılıb. O cümlədən  texnikaların yanacaqla doldurulması məntəqələri, maddi vəsaitlər anbarı, səhra qidalanma məntəqələri hazırlanıb.
 
Yemək otağı – nəhəng ağ çadırdır. Aşbazlardan birinin dediyinə görə, burada  eyni vaxtda 3000 insanı yedirtmək olar. Bundan başqa onlarla səhra  mətbəxi var.
 
 
 
 
 
«Yeməyə soyutma, toyuq, borş, kələm şorbaları, salatlar, oladilər, bulkalar verilir», - deyə aşbaz Lidiya Tıçkina bildirir: «Havaya artıq öyrəşmişik, adaptasiya olmuşuq. Yerlilər də bizə çox yaxşı münasibət göstərirlər».
 
 
 
Səhra hamamı
 
 
Paltar yuma otağı
 
Ütü otağı
 
 
«Tapşırıqların uğurla yerinə yetirilməsi üçün rusiyala hərbçilərə hər cürə şərait yaradılıb», - deyə Müdafiə Nazirliyinin nümayəndəsi İqor Klimov bildirib.
 
 
 
 
 
скачать dle 12.1
Xəbər lenti