“Ailənizə üz vermiş ağır itki məni olduqca kədərləndirdi”- Prezident Çavuşoğluya başsağlığı verdi
18-04-2025, 13:58
32
“Ailənizə üz vermiş ağır itki məni olduqca kədərləndirdi”- Prezident Çavuşoğluya başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya başsağlığı verib.
Başsağlığında deyilir:
“Hörmətli cənab Çavuşoğlu.
Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!”
скачать dle 12.1