Bakıda intihara cəhd hadisəsi olub - FOTO

2-10-2015, 16:47
0
Bakıda intihara cəhd hadisəsi olub - FOTO
Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 13 ünvanında vətəndaşlardan biri doqquzmərtəbəli binanın damına çıxaraq özünü oradan ataraq intihar edəcəyini bildirib.
 
Tamerlan adlı şəxs buna səbəb kimi mənzilinin əlindən alınmasını göstərib. Lakin mənzilə kimin sahib çıxdığı açıqlanmayıb.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və polis əməkdaşları cəlb olunub.
 
FHN əməkdaşları vətəndaşla söhbətdən sonra onu intihar etmək fikrindən daşındırıb. Vətəndaş aşağı düşürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
скачать dle 12.1
Xəbər lenti