16 yaşlı məktəbli niyə qətlə yetirilib?

15-10-2015, 20:23
0
16 yaşlı məktəbli niyə qətlə yetirilib?
Zaqatalada 16 yaşlı məktəblinin qətlə yetirilməsinin ilkin səbəbi məlum olub. 
 
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadə olduğu məlum olub.
 
Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.
 
Hadisənin baş vermə səbəbləri Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırılır.
 
Zaqatala Rayon Prokurorluğundan isə bildiriblər ki, hadisə oktyabrın 14-də saat 21:00 radələrində baş verib. 
 
İlkin istintaq zamanı məlum olub ki, Murad Məmmədov özündən 2 yaş böyük Ramin Əsədzadəyə şəxsi münasibətlər zəminində, daha doğrusu, aralarında baş verən mübahisədən sonra çoxsaylı bıçaq zərbələri endirib. 
 
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.
скачать dle 12.1
Xəbər lenti