Bulvarda 18 yaşlı qız intihar edib - FOTO

27-10-2015, 20:37
0
Bulvarda 18 yaşlı qız intihar edib - FOTO
Beyləqan rayon sakini, 18 yaşlı  Məmmədova Həmidə Ramiz qızı özünü dənizə atıb. Hadisə dünən Dənizkənarı Milli Parkda qeydə alınıb.
 
Mərhumun meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılıb. Hazırda hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.  Fövqəladə Hallar Nazirliyi Dənizkənarı Milli Parkda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.
 
Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atıb.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:53-də başa çatıb.
 
 
 

 

скачать dle 12.1
Xəbər lenti