Bakıda sahibkar intihara cəhd edir - İcra başçısı hadisə yerində - VİDEO

5-11-2015, 18:26
0
Bakıda sahibkar intihara cəhd edir - İcra başçısı hadisə yerində - VİDEO
Bu dəqiqələrdə 9-cu mikrorayonda intihara cehd etmək istəyən şəxs yarımtikiliyə çıxıb.
 
Hadisə  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yanında Zeytun bağı kimi tanınan ərazidə tikilməkdə olan binada baş verir.
 
Bizimyol.info-nun verdiyi məlumata görə, hadisə yerinə  bir neçə təcili tibbi yardım maşını və FHN-nin xilasediciləri gəlib. Məlum olub ki, intihara cəhd etmək istəyən şəxs İlqar Məmmədov, yarımtikilinin sahibidir. Sahibkarı fikrindən daşındırmaq üçün danışıqlar aparılsa da mümkün olmayıb. Hadisə yerinə Binəqədi rayon icra başçısı Xaləddin İbrahimov gəlib. İcra başçısı sahibkarı fikrindən daşındıra bilib. Sahibkar intihara cəhddən əl çəkib.
скачать dle 12.1
Xəbər lenti