Böyüklərin yoluna daş qoyan uşaqlar saxlanıldı

2-12-2015, 18:22
0
Böyüklərin yoluna daş qoyan uşaqlar saxlanıldı
Bakı-Sumqayıt elektrik qatarının hərəkəti Keşlə-Biləcəri mənzilində relsin üzərinə mişar daşlarının iri qırıqlarının düzülməsi səbəbindən dayandırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib.
 
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumatda bildirilir.
 
Belə ki, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş qırıqları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100№-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143№-li orta məktəbin IX sinif şagirdləridir.
 
Saxlanılanlar polis bölməsində dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər.
 
"Azərbaycan Dəmir Yolları" bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək", - N.Əzməmmədov qeyd edib. 
скачать dle 12.1
Xəbər lenti