MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini özünü asıb

20-12-2015, 22:13
0
MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini özünü asıb
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb.
 
İ.Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.
 
Hazırda hadisə yerində müayinə aparılır. Ədliyyə Nazirliyi Penitensiar Xidməti faktla bağlı məlumat yayacaq.
 
İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil hazırda hadisənin baş verdiyi BİT-də olduğunu deyib.
 
Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub.
 
Hadisə barədə ilk xəbəri “Qafqazinfo” yayıb.
скачать dle 12.1
Xəbər lenti