Gəncədə 16 yaşlı gəncin özünü asdığı deyilir

29-05-2016, 18:51
0
Gəncədə 16 yaşlı gəncin özünü asdığı deyilir

Gəncədə intihar hadisəsinin baş verdiyi  bildirilir.

Hadisə şəhərin “Türklər qəsəbəsi”adlanan ərazisində qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Əli İlyas oğlu Vəliyevin yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin səbəbi açıqlanmır.

Bir gün əvvəl isə Hacıqabulda 19 yaşlı qızın canına qıydığı bildirilirdi.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı  deyilir. Azərbaycanda intiharların səbəbini araşdıran ayrıca mərkəz yoxdur.

скачать dle 12.1
Xəbər lenti