Kredit borcu olan kişi özünü asdı - Ağdaşda

14-09-2015, 18:01
0
Kredit borcu olan kişi özünü asdı - Ağdaşda
u gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.
 
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Ağdaş rayonu, Qəsil kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Cabbarovun meyiti həyətlərində ərik ağacından asılı vəziyyətdə aşkar edilib.
 
Ağdaş Rayon Prokurorluğundan faktı təsdiqlədirlər. Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
Rayon prokurorunun köməkçisi Emil Qurbanov virtualaz.org saytına açıqlamasında mərhumun banklara külli miqdarda kredit borcunun olduğunu, borcunu ödəməkdə çətinlik çəkdiyini söylədi.
 
Mərhum Nizami Cabbarovun qardaşı Kamal Cabbarov Ağdaş Rayon Polis Şöbəsində işləyir.
скачать dle 12.1
Xəbər lenti