Bakıda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

29-10-2023, 14:38
125
Bakıda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlardan biri Küveyt vətəndaşıdır.
Yol qəzası Vaqif və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.
Kamil Əliyev idarəetməsində olan “Toyota” markalı maşınla yol ayrıcını keçərkən “BMW” markalı maşına çırpılıb. Toqquşma zamanı “Toyota” aşıb. Qəza nəticəsində “BMW” markalı avtomobilin xanım sürücüsü və iki sərnişin ağır xəsarət alıb. Yaralanan sərnişinlərdən biri Küveyt vətəndaşıdır.
Aşan “Toyota”nın sürücüsü K.Əliyev və onun sərnişini Sərxan Məmmədov da müxtəlif xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 12.1
Xəbər lenti