“Kərimə dövləti” qurmağa cəhddə suçlananlar: “Əlimdən Quranı alıb, başımdan araqçını çıxardılar…”

11-11-2023, 12:06
219
“Kərimə dövləti” qurmağa cəhddə suçlananlar: “Əlimdən Quranı alıb, başımdan araqçını çıxardılar…”
Azərbaycanda “Kərimə dövləti” qurmağa cəhddə suçlanan 6 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Arif Cümşüdov, İqbal Axundov, Tərzan Qaraşov, Xaqani Məmmədov, Anar İsayev və Sənan Məmmədovdan ibarət 6 nəfərin heç biri özünü təqsirli bilmir, Cinayət Məcəlləsinin 278 (hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişmə) və 234-cü (narkotik) maddələrilə onlara verilən ittihamları qəbul eləmir. Deyirlər ki, nə onlarda narkotik olub, nə də “Kərimə dövləti” qurmağa çalışıblar. Şərlənərək həbs edildiklərini, törətmədikləri cinayəti etiraf etmələrindən ötrü günlərlə işgəncəyə məruz qaldıqlarını bildirirlər.

“Özlərini “dindar” kimi qələmə verib…”

Cinayət işinin materiallarında iddia olunur ki, İranda yaşayan, oranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov hazırda məhkəmə önünə çıxarılmış A.Cümşüdovu şirnikləndirərək ələ alıblar. Ona tapşırıq veriblər ki, şəriət qanunlarıyla idarə olunan “Kərimə dövləti” qurmaqdan ötrü “müqavimətçi dəstə” yaratsın. O da yaşadığı Tərtər rayonunun sakinlərindən T.Qaraşovu, X.Məmmədovu, İ.Axundovu, S.Məmmədovu bu prosesə cəlb eləyib, evində onlarla gizli görüşlər keçirib.
İddia olunur ki, təqsirləndirilən şəxslərdən A.İsayevi şəxsən R.Axundzadənin özü əməkdaşlığa cəlb edib və sonradan onu A.Cümşüdovla tanışdırıb.
“Onlar özlərini cəmiyyətdə “dindar” kimi qələmə verib, sosial şəbəkələrdə, insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat aparıblar. İrandan məqsədli şəkildə göndərilən narkotikin satışını təşkil edib, əldə olunan külli miqdarda pulu Azərbaycanda dini radikalizmin təbliğinə, başqa pozuculuq fəaliyyətlərini maliyyələşdirməyə xərcləyiblər”, – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun adları çəkilən şəxslərin həbsilə bağlı birgə məlumatında belə deyilir.скачать dle 12.1
Xəbər lenti