“Müdafiə Nazirliyində bizdən 4 faiz “otkat” istəyirdilər” – məhkəmə reportajı

28-10-2023, 16:53
63
“Müdafiə Nazirliyində bizdən 4 faiz “otkat” istəyirdilər” – məhkəmə reportajı
Müdafiə Nazirliyinə informasiya texnologiyaları sahəsində xidmət göstərən şirkətə köçürmələrdə böyük korrupsiya olduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Müdafiə Nazirliyinin vəzifəli şəxslərilə bağlı istintaqda da araşdırılan məsələlərdən biri olub.
Müdafiə Nazirliyinin 8 ildir informasiya texnologiyaları (İT) sahəsində əməkdaşlıq etdiyi şirkətin təmsilçisi Ülfət Abbasov yeyintilər olduğunu məhkəmədə də təsdiqləyib. O, oktyabrın 27-də nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş, polkovnik Məlikməmməd Qurbanovun məhkəməsində ifadə verib.
Külli miqdarda yeyintidə təqsirləndirilən M.Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

“Bu 4 faizin də 3-ü Maliyyə Nazirliyinə çatırdı…”

Ülfət Abbasov deyir ki, nazirlikdəkilər əməkdaşlıqdan ötrü şərt qoyublar. Şərt də belə olub ki, müqavilədə qiymət 4 faiz artıq göstərilir və həmin məbləğ köçürülür. Sonradan şirkətin bank hesabına köçürülmüş məbləğ nağdlaşdırılanda 4 faizlik əlavə pul nağd şəkildə onlara geri qaytarılır.
“Bizdən 4 faiz “otkat” istəyirdilər. Biz də razılaşdıq, müqavilədə qiymətlər 4 faiz şişirdilib artıq göstərilirdi. Bu 4 faizin də 3 faizi Maliyyə İdarəsinə çatırdı, 1 faizi xəzinədarlığa…”, – şirkətin təmsilçisi belə deyib.скачать dle 12.1
Xəbər lenti