Musavat.org xəbər verir ki, sonuncu dəfə martın 28-də Malta ilə AVRO-2016-nın seçmə oyununda 2:0 hesabı ilə qalib gələndən sonra 6 matç qələbə qazanmayan millimiz, nəhayət ki noyabrın 17-də Moldovanı məğlub edə bilib.
Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq matçında uzun müddətdən sonra millilərimiz 2:1 hesablı qələbə qazanıblar. Bu qələbə millinin tarixində 40-cı olub. 219 matçda 40 dəfə qalib gələn komandamız, digər oyunların 59-nu heç-heçə edib və 120-ni isə uduzub. 156 qol vuran yığmamız, qapısında 375 qol görüb.
Məlumat üçün qeyd edək ki, Bakı Olimpiya Stadionunda iki dəfə meydana çıxan millimizin üzvləri, ilk matçda İtaliyaya 1:3 hesabı ilə uduzub.
Məhəmməd Türkmən
Fotolar müəllifindir.



















