Terror xəbərdarlığına görə Almaniyada futbol oyunu təxirə salınıb-VİDEO

19-11-2015, 16:50
0
Terror xəbərdarlığına görə Almaniyada futbol oyunu təxirə salınıb-VİDEO
Almaniya polisi  bütün gecə Hannoverdə güclənmiş rejimdə işləyəcək. Bu barədə şəhər hökuməti bildirib. Terror ehtimalı səbəbindən Almaniya və Niderland arasında  dostluq oyunu  ləğv edilib.
 
Ancaq polis axtarış zamanı  nə stadionda, nə də yaxınlıqda  partlayıcı qurğu aşkarlamayıb.
 
Almaniya DİN rəhbəri  mətbuat konfransında hadisəni belə şərh edib: «Belə qərar almaq üçün bizim ciddi, acı nəticələr vadar edib».
 
Stadionda  ölkənin kansleri Angela Merkelin, həmçinin  Almaniya və Niderland hökumətinin üzvlərinin olacağı gözlənilirdi. Oyunun başlanılmasına iki saat qalmış – azarkeşlərin yarıdan çoxu stadionda olduğu vaxt  oyunun təxirə salındığı elan olunub. Daha sonra Hannoverdə  əsas dəmiryolu vağzalı da bağlanıb.
 
Təhlükəsizlik naminə həmin günü Brüseldə Belçika və İspaniya arasında təşkil olunan oyun da təxirə salınıb.
скачать dle 12.1
Xəbər lenti