Bu gün AVRO-2016-nın püşkü atılacaq

13-12-2015, 18:36
0
Bu gün AVRO-2016-nın püşkü atılacaq
Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinin püşkü atılacaq.
 
Püşkatma mərasimi bu gün paytaxt Parisdə keçiriləcək.
 
Final mərhələsində iştirak edəcək 23 komandanın yer aldığı səbətlər məlumdur. Fransa ev sahibi olduğundan A qrupunda qərarlaşıb. Bu səbəbdən güclülərin səbətində 5, digər 3 səbətdə isə 6 komanda yer alıb.
 
I səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika.
 
II səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
 
III səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
 
IV səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
 
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi iyunun 10-da başlayacaq və iyulun 10-dək davam edəcək.
скачать dle 12.1
Xəbər lenti