“Messinin sol ayağına sahib olmaq istərdim” – Ronaldo

14-01-2016, 18:06
0
“Messinin sol ayağına sahib olmaq istərdim” – Ronaldo
Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo Lionel Messinin ardıcıl 5-ci dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirib.
 
Portuqaliyalı hücumçu Messinin bu ada layiq olduğunu bildirib:
 
“Mən də ötən ili yaxşı keçirdim. Ancaq Messi daha şanslı idi. Çünki o, ötən il mənimlə müqayisədə daha çox kubok qazanıb.  “Qızıl top” mükafatına 8-ci dəfə namizəd oluram. Deməli, burada olmağım təsadüfi deyil". 
 
“Messinin hansı özəlliyinə sahib olmaq istərdin” sualını Ronaldo belə cavablandırıb: “Messinin çox yaxşı sol ayağı var. Onun sol ayağına sahib olmaq istərdim”.
скачать dle 12.1
Xəbər lenti