"Lokomotiv"in oyunçusu meydana Putinin şəkli olan mayka ilə çıxdı-VİDEO

17-02-2016, 23:42
0
"Lokomotiv"in oyunçusu meydana Putinin şəkli olan mayka ilə çıxdı-VİDEO
Dünən İstanbulda keçirilən 1/16 final oyununda «Lokomotiv» futbolçusu  Dmitriy Tarasov türkiyəli azarkeşlərə üzərində Vladimir Putinin şəkli olan və «ən nəzakətli prezident» yazılan maykasını göstərib.
 
 
O, bu hərəkətini izah edərkən deyib ki, heç bir provokasiyaya yol vermək istəməyib: «Mən sadəcə vətənimin patriotuyam, Vladimir Putin isə bizim prezidentimizdir. Futbolkada bildirilirdi ki, bizim prezidentimiz dahidir. Burada heç nə yoxdur».
Tarasov əlavə edib ki, bunu oyundan sonra öz azarkeşlərinə təşəkkür etməyə gedərkən edib: «Mən ilk dəfə deyil ki, bu maykanı geyinirəm, ancaq əvvəllər heç kim fikir vermirdi. Yəqin ki, oyunun İstanbulda keçirilməsi bu maykanın belə rezonans doğurmasına səbəb olub».
 
Qeyd edək ki, oyun "Fenerbaxça"nın xeyrınə 2:0 hesabla bitib.
Ria-Novosti-yə istinadən verdiyi məlumata görə,  Dmitriy Tarasov bu hərəkətinə görə, UEFA tərəfindən uzunmüddətli cəza ala bilər. Belə ki, ən azı 10 oyunda iştirakdan məhrum edilə bilər. Sanksiyalar  bu işə yol vermiş «Lokomotiv»ə qarşı da tətbiq edilə bilər.
скачать dle 12.1
Xəbər lenti