Çempionlar Liqasında püşk atıldı
15-04-2016, 18:29
0
Çempionlar Liqasında püşk atıldı
Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşk nəticələrinə görə, İngiltərənin "Mançester Siti" komandası İspaniya "Real Madrid"inə, "Atletiko" isə Almaniya "Bavariya"sına rəqib olub. "Mançester Siti" - "Real Madrid" cütünün qalibi final görüşündə nominal ev sahibi olacaq.
Yarınmfinal mərhələsində ilk oyunlar 26-27 apreldə, cavab görüşləri 3-4 mayda təşkil olunacaq. Final matçı isə mayın 28-də İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq.
скачать dle 12.1