Tanınmış legioner “Qarabağ”dan ayrılır? - AÇIQLAMA

10-09-2023, 10:44
239
Tanınmış legioner “Qarabağ”dan ayrılır? - AÇIQLAMA

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb. Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Hücumçu Adama Diakabinin adı heyətə salınmayıb. Klubun direktoru Əmrah Çəlikəl bununla bağlı açıqlama verib. O, fransalı hücumçunun hazırda düşərgəni tərk etmədiyini bildirib:

"UEFA-ya göndərdiyimiz "A" listində yerimiz dolub. Odur ki, kimisə siyahıdan çıxarmalı idik. Qurban Qurbanovun məsləhəti ilə Diakabini ora daxil etmədik. Amma fransalı legioner hələ heç yerə getməyib, buradadır".

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer 04” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.//Sportinfo.az

скачать dle 12.1
Xəbər lenti