“Göyçay Broyler” də 25 min manatlıq mənimsəmə

12-11-2015, 14:03
0
“Göyçay Broyler” də 25 min manatlıq mənimsəmə
 
“Göyçay Broyler” MMC-də daxili audit zamanı 25 min manatlıq mənimsəmə faktı aşkarlanıb.
 
Bu barədə şirkətin təsisçisi, Səməd Novruzov Nəsimi Rayon Prokurorluğuna şikayət edib.
 
S.Novruzov 2008-ci ildən bu ilin oktyabr ayına kimi MMC-də sürücü-ekspeditor işləyən Yevlax rayon sakini, 1980-ci il təvəllüdlü Baxçalı Baxçalıyev və Şuşa şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Hüseynovu şirkətə məxsus 25 min manat pulu mənimsəməkdə ittiham edib.
 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.
скачать dle 12.1
Xəbər lenti